"Twitter" Donald Trampın paylaşımını silib

"Twitter" Donald Trampın paylaşımını silib
03:42 18 Fevral 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Twitter" müəllif hüquqlarının pozulmasına görə ABŞ prezidenti Donald Trampın paylaşımını silib.
Bu barədə "Report" "Gazeta.ru"ya istinadən xəbər verir.
Məlumata görə, Tramp "Twitter"də videogörüntü paylaşıb. Görüntüdə demokratların Konqresdə onun çıxışına reaksiyası əks etdrilib. Demokratlar görüntüdə gülməli vəziyyətdə nümayiş etdirilib.
Videoyazıda R.E.M rok qrupunun "Everybody Hurts" mahnısından istifadə edilib. Qrup üzvləri paylaşıma mənfi reaksiya veriblər.
Daha əvvəl bildirilib ki, ABŞ Prezidenti Donald Trampın seçkiqabağı qərərgahının keçmiş müşaviri Rocer Stonunun “WikiLeaks” portalının nümayəndəsi ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/twitter-muellif-huququnun-pozulmasina-gore-trampin-paylasimini-silib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR