Azərbaycan səfiri: "Qətərin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk"

Azərbaycan səfiri: "Qətərin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini yüksək qiymətləndiririk"
10:27 18 Fevral 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ "Qətərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələləri ilə bağlı mövqeyini yüksək qiymətləndiririk. Qətər müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində hələ də Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarının qaytarılmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanı dəstəkləyir".
"Report" "Peninsula" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan və Qətər diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edəcək.
Diplomat vurğulayıb ki, hər iki ölkə demək olar, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımlar atır, yüksək səviyyəli səfərlər mübadiləsi həyata keçirir.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/sefir-qeterin-qarabagla-bagli-movqeyini-yuksek-qiymetlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR