Azərbaycan millisinin rəqibi Gürcüstanla yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisinin rəqibi Gürcüstanla yoldaşlıq oyunu keçirəcək
15:42 18 Fevral 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığması yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
"Report" Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə üz-üzə gələcək. Görüş Avropa çempionatının seçmə qrup mərhələsinin son oyun günündə - noybarın 19-da baş tutacaq.
2018-ci il Rusiyada keçirilmiş dünya çempionatının finalçısı iyunun 11-də yoldaşlıq oyununda Tunis yığması ilə də qarşılaşacaq.
Qeyd edək ki, Xorvatiya AVRO-2020 nin seçmə mərhələsindəki ilk matçını Azərbaycan millisinə qarşı keçirəcək. Martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma sentyabrın 9-da isə Xorvatiya ilə evdə görüşəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-deki-reqibimiz-gurcustanla-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR