Nazir: "Ölkədə dərman istehsal edəcək iki zavodun tikintisi yekunlaşmaq üzrədir"

Nazir: "Ölkədə dərman istehsal edəcək iki zavodun tikintisi yekunlaşmaq üzrədir"
15:47 18 Fevral 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ “Pirallahı Sənaye Parkında dərman istehsal edəcək iki zavodun tikintisi yekunlaşmaq üzrədir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, üç ay ərzində bu proses başa çatacaq:
“Azərbaycanda şprislərin istehsalına başlanılacaq və biz idxaldan tam azad olacağıq. Avropa texnologiyası əsasında istehsal olunacaq bu şprislər tam müasir standartlara cavab verir. Zavod vətəndaşların təlabatını təmin edəcək. Rusiya şirkəti ilə birgə dərman istehsalı zavodunun inşasına başlamışdıq. İki-üç ay ərzində bu zavodun da tikintisi başa çatacaq”. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycnda-iki-derman-zavodunun-tikintisi-yekunlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR