Azərbaycanlı FIFA referisi Türkiyədəki VAR sertifikat turnirində iştirak edəcək

Azərbaycanlı FIFA referisi Türkiyədəki VAR sertifikat turnirində iştirak edəcək
18:17 18 Fevral 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək.
"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 19-dan 26-dək davam edəcək turnirin oyunlarını idarə edən hakimlərə sonda sertifikatlar təqdim olunacaq.
42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/eliyar-agayev-turkiyeye-gedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR