2000-ci ildə Türkiyə gözəli seçilən və həmin il dünyanın 2-ci gözəli adına sahib olan Yüksek Ak 70-ci illər stili ilə diqqətləri öz üzərinə çəkib.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, evləndikdən sonra sənətini tərk edən 39 yaşlı məşhur model sosial mediada olduqca aktivdir. Qatıldığı tədbirdə saç, makiyaj və geyim tərzi ilə olduqca gözəl görünüşə sahib olan model hər kəsin diqqətini öz üzərinə çəkib.
Adətən tərzi paylaşımlar edərək diqqətləri üzərinə çəkən model ötən həftə doğum günü tədbirində geyindiyi geyimlə də izləyiciləri tərəfindən bəyənilib.
Yüksek Ak 2 uşaq aanası olmasına baxmayaraq gözəl bədən quruluşuna sahib olması ilə də hər kəsi heyran buraxıb.

