Akademiya şəhərciyinin Nəbatat bağının yaxınlığında salınması layihəsi dayandırıldı

Akademiya şəhərciyinin Nəbatat bağının yaxınlığında salınması layihəsi dayandırıldı
14:23 14 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Rəyasət Heyəti binalarından köçəcəkləri barədə yayılan məlumata aydınlıq gətirib.

Trend-in məlumatına görə, AMEA prezidenti Akif Әlizadə bu gün keçirdiyi mətbuat konfransında RH-nin İstiqlaliyyət küçəsindəki binasından köçəcəyi barədə məlumatı təkzib edib.

Akademiya prezidenti bildirib ki, AMEA Rəyasət Heyəti binasının üzərində olan və Sovet dövrünə aid elementlərin, yazıların dəyişdirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Әbülfəs Qarayevə məktub göndərib: "Məktub yazdım ki, bu problemdə bizə kömək etsinlər. Bu, dövlətin işidir. Ona görə də biz onların dəyişdirilməsi istiqamətində təşəbbüsü qaldırdıq".

A.Әlizadə akademiya şəhərciyinin Mərkəzi Nəbatat Bağının yaxınlığında salınması ilə bağlı bir müddət əvvəl nəzərdə tutulan layihənin gerçəkləşməyəcəyini də söyləyib: "Nəbatat bağında xoşagəlməz hadisə baş verdi. Ancaq biz akademiya şəhərciyinin yaradılması istiqamətində təşəbbüsümüzü irəli sürəcəyik. Prezident ilk görüşdə bunu dəstəkləyib. Yeri müəyyən etsək, alimlər üçün şəhərcik məsələsi həll olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR