Dünya təşvişdə!

Dünya miqyasında zəlzələlərin bir çoxu Pasifik Atəş Çəmbəri deyilən ərazidə baş verir. Frank Hoogerbeets özünü sesmik mütəxəssiz və zəlzələ proqnuzçusu kimi tanıdaraq bir neçə zəlzələ proqnozunu ötən gün ictimaiyətlə bölüşüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki Hoogerbeest fevral ayında planet nizamlanması baş verəcəyini və bunun təsirinin dünya üçün çox qorxunc olacağını bildirib. Onun verdiyi açıqlamada 13 fevralda eyni müstəvidə yerləşəcək Mars, Uran və Neptunun hərəkətləri dünyanı sarsıdacaq.

Proqnozundan son dərəcə əmin olduğunu deyən Hoogerbeest bu dəfə böyük zəlzələ üçün dəqiq tarix verib.

Bütün dünya mediasında geniş yer alan iddiaya görə, böyük zəlzələnin dəqiq tarixi sabah, yəni 21 fevraldır. Hoogerbestin hər kəsi narahat edən digəriddiası isə zəlzələnin böyüklüyünün ən az 8 bal olacağıdır.

Üç ildir intensiv monitorinqlər apardığını deyən Hoogerbetsin proqnozu Günəş Sistemi Həndəsə İndeksinə əsaslanır. Hoogerbets planet nizamlanması vəziyyətində şiddətli zəlzələlərin görüldüyünü iddia edir.

Hoogerbeestin iddiaları diqqətləri cəlb etsə də bir çox mütəxəssislər zəlzələlərin əvvəlcədən bilinməsinin mümkünsüz olduğunu bildirib.

http://metbuat-az.com/news/1131775/bu-esyaya-1-mil...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR