[ 02 May 2015 13:22 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda avtoxuliqanlıq edən şəxs barəsində tədbir görülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Emin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış material Xətai Rayon Məhkəməsinə göndərilib.

Onun barəsində məhkəmənin 24.04.15 tarixli qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 296-1.1(avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 12 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və 1 ay müddətinə inzibati həbs tətbiq edilib.