4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu - VİDEO - FOTO

4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu - VİDEO - FOTO
11:17 21 Fevral 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Avtomobil yollarınının qardan və buzdan təmizlənməsi istiqamətində gecə boyu və səhər saatlarında işlər aparılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, havanın şaxtalı olması səbəbindən magistralların buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şamaxının nəqliyyat əlaqəsi kəsilən 4 kəndi ilə artıq əlaqə bərpa olunub, yollar təmizlənib. Bakı-Şamaxı-Yevlax magistralının bəzi hissələrində, eləcə də İsmayıllı-Muğanlı yolunun 4-7 km-liyində buzlaşma müşahidə olunur.

Hazırda əraziyə texnikalar vasitəsilə qum-duz qarışığı səpilir. İsmayıllının Basqal və Lahıc istiqamətində isə yollarda gediş-gəlişdə problem yaşanmır.

Sürücü: "Belə hava təhlükəlidir. Allaha təvəkkül gedirik, görək necə olacaq? Buraya kimi yaxşı gəlmişik. İdarə işçiləri də qum səpirlər yollara".

Sürücü: "Dünən bu yolu gəlmişdim, bağlı idi. Bu gün yaxşıdır, qum, duz səpirlər".

Sürücü: ""Kapron" təkərlə yola çıxmaq məsləhət deyil, normal təkərlə problem deyil. Yol normaldır, gediş-gəliş var".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
4 kəndlə əlaqəsi kəsilən yollarda hərəkət bərpa olundu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/732596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR