Fransada qış mövsümündə “H3N2” virusunun səbəb olduğu qrip epidemiyası 2 min 800 nəfərin ölümünə səbəb olub.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, Səhiyyə Nazirliyinə bağlı Fransa Xalq Sağlamlığından verilən açıqlamada son 2 həftədə 25 min insanın qrip səbəbilə xəstəxanalara müraciət etdiyi və 4 min 370 nəfərin xəstəxanaya yerləşdirildiyi deyilib.
Açıqlamada bütün ölkədə yayılan “H3N2” virusunun səbəb olduğu qrip epidemiyasında 2 min 800 nəfərin həyatını itirdiyi bildirilib.
Qrip epidemiyası səbəbilə ölənlərin 87 faizinin 75 yaş və daha çox olan şəxslərin olduğu da deyilib. Peyvəndin sözügedən virusa qarşı 21 faiz nisbətdə təsirli olduğu da dqeyd edilib.
“H3N2” virusu 2015-ci ildə də 18 min nəfərin ölümünə səbəb olmuşdu.