İsveçrə Konfederasiyasının Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)

İsveçrə Konfederasiyasının Qraubünden kantonu Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
04:43 22 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Konfederasiyasının iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Qraubünden kantonuna işgüzar səfər edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində səfir Xanım İbrahimovanın Qraubünden kantonu hökumətinin prezidenti Yan Domenik Parolini ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib. Səfir Xanım İbrahimova Azərbaycan ilə Qraubünden kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulayıb.

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən Yan Domenik Parolini ölkələrimizin institusional qurumları arasında münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3023205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR