Hamilə talassemiya xəstələri nə etməlidir? - SN

“Xəstəlik varsa, bunun fərqinə varmaq lazımdır. Ən çox bizi həyəcanlandıran hamiləlik dönəmidir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Şəhla Şabanova Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayım zamanı deyib.

“Bəzən talasemiya minor olan daşıyıcı hamilə qadınlar gəlir. Biz bu halda onların yoldaşlarını yoxlayırıq. Çalışırıq ki, xəstəliyi nəzarətdə saxlayıb sağlam fərdlərin doğulmasına şərait yaradaq”.

Həkim qeyd edib ki, talasemiya daşıyıcılarında klinik simptomlar olmur:

“Əgər təhlillərdə qan dəyərlərində dəyişiklik müşahidə edilərsə, mütləqdir ki növbəti addımlarda talasemiya daşıyıcılarını müəyyən edən testlər edilsin. Amma 30 yaşda heç bir şikayəti olmayan adamda da bu xəstəlik müşahidə edilə bilər. Bizim həssas nöqtələrimizdən biri də dəmir defisiti olan insanlara dəmir preparatlarının təyinidir. Əgər hədsiz dəmir yükənməsi edilərsə, xəstələrdə qəfil qanaxmalar ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR