AVRO-2021: Qadınlardan ibarət Azərbaycan yığmasının oyun təqvimi müəyyənləşib

AVRO-2021: Qadınlardan ibarət Azərbaycan yığmasının oyun təqvimi müəyyənləşib
10:17 22 Fevral 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Qadınlardan ibarət Azərbaycan milli komandasının 2021-ci il Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. 
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Vüqar Əsgərlinin baş məşqçi olduğu yığma ilk və son matçını İspaniyaya qarşı keçirəcək. İlk görüş bu il oktyabrın 4-də səfərdə olacaq. Daha sonra Çexiya, Moldova və Polşa ilə ardıcıl 3 ev matçına çıxacaq komanda ardından daha 2 səfərə yollanacaq. Millinin son ev oyunu isə 2020-ci il sentyabrın 16-da nəzərdə tutulub. 
AVRO-2021-in təqvimi 
D qrupu
4 oktyabr 2019
İspaniya – Azərbaycan
7 noyabr 2019
Azərbaycan – Çexiya
10 noyabr 2019
Moldova – Azərbaycan
11 mart 2020
Azərbaycan – Polşa
10 aprel 2020
Polşa – Azərbaycan
5 iyun 2020
Çexiya – Azərbaycan
16 sentyabr 2020
Azərbaycan – Moldova
22 sentyabr 2020
Azərbaycan - İspaniya
Qeyd edək ki, Avropa çempionatı 2021-ci ildə İngiltərədə keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millimizin-oyunlarinin-teqvimi-melum-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR