Bildiyiniz kimi, "Barselona" uzun müddətdir ki, "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba ilə yaxından maraqlanır.
Metbuat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, katalon klubunun rəsmiləri ulduz futbolçunun meneceri Mino Rayola ilə gizli görüş keçiriblər. Danışıqlar zamanı fransızın "Barselona"ya transferi müzakirə olunub.
Xatırladaq ki, UEFA "Barselona"ya transfer qadağası qoyduğuna görə, "blauqrana" gələn ilin yanvarına kimi heyətinə oyunçu qata bilməyəcək. Əgər tərəflər arasında razılıq əldə olunsa, Poqba yanvara kim "Yuventus"un heyətində icarə əsasında çıxış edəcək. 2016-ci ilin birinci ayından sonra isə ulduz futbolçunu "Barselona"nın formasında görə biləcəyik.