DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib

DGK: 12 dövlətin gömrük orqanlarının kinoloji xidmətlərinə xidməti axtarış itləri verilib
13:47 22 Fevral 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ "Hazırda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində 60 baş xidməti axtarış iti mövcuddur".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi İlkin Osmanov bildirib.
O qeyd edib ki, Gömrük Komitəsinin Kinoloji Mərkəzi tərəfindən 12 dövlətə xidməti axtarış itləri göndərilib:"Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər. Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman çoban itindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir xidməti itin bir illik saxlanma xərci 1000-2000 manat arasındadır ".

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/dgk-nin-kinoloji-merkezi-12-dovlete-xidmeti-axtaris-itleri-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR