Azərbaycan 12 ölkəyə xidməti axtarış itləri göndərib

Azərbaycan 12 ölkəyə xidməti axtarış itləri göndərib
13:55 22 Fevral 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzi 12 ölkəyə xidməti axtarış itləri göndərib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov deyib.

İ.Osmanov bildirib ki, Kinoloji Mərkəzdə hazırda 60 baş xidməti axtarış iti var:

"Bir xidməti itin, misal üçün, alman çoban itinin saxlanma xərci bir ilə 1000-2000 manat arasında dəyişir. Əlbəttə, bu, qida rasionundan asılıdır. Normalda bir xidməti itin Avropada satışı isə 10-15 min avro arasında dəyişir".

O qeyd edib ki, indiyədək Kinoloji Mərkəz 12 ölkəyə, o cümlədən Makedoniya, Gürcüstan və Seneqala xidməti axtarış itləri göndərib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3023506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR