Yeddi illik küsülülük bitdi - Demetlə Alişan barışdı

Yeddi illik küsülülük bitdi - Demetlə Alişan barışdı
14:12 22 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Müğənnilər Demet Akalınla Alişan barışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Kanal D"də yayımlanan "İkinci sayfa" proqramında məlumat verilib.

Onlar yan-yana verilişin canlı yayımına qoşulublar.

Demet "Qızım Hira dünyaya gələndə Alişan yanıma gəlsəydi, bu küsülülük iki gün çəkəcəkdi. Doğuşa gedəndə qayınıma dedim ki, Alişan gəlsə, içəri girməyinə icazə ver. Övladım olandan sonra başqa bir insan oldum. Müsahibələrimdə də ona tez-tez barışmağımız üçün siqnal ötürürdüm. Burak (Alişanın oğlu - red.) o qədər şirin uşaqdır ki, onun gözündəki yaşa qurban olaram" deyə, söyləyib.

Alişan isə "Hira doğulanda gedib-getməmək arasında qaldım. Hadisələr təzə idi" deyə, bildirib.

Qeyd edək ki, yaxın dost olan məşhurlar arasındakı dava 2012-ci ildə Tvitterdə başlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/733007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR