Məşhur aktrisa 13-cü mərtəbədən düşərək

22 yaşlı ingilis aktrisa Bethany Beales faciəvi şəkildə həyatını itirib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, rəfiqəsinin Londonda yerləşən mənzilinə gedən aktrisa dostları ilə birlikdə narkotik maddə istifadə edib. Daha sonra 13-cü mərtəbəli mənzilin balkonunda selfi çəkərkən tarazlığını itirərək 6-cı mərtəbədə yerləşən mənzilin eyvanına düşüb.

Ağır şəkildə yaralanan qadın xəstəxanaya yerləşdirilsədə onu xilas etmək mümkün olmayıb. Hadisəylə bağlı bir qadın və bir kişi saxlanılıb. Polisin apardığı istintaq zamanı saxlanılan qadın və kişinin cinayət törətməsinə dair heç bir iz tapılmadıqda onlar sərbəst buraxılıb.

https://metbuat.az/news/1133196/tuk-urperden-enene...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR