ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-da ikinci təyyarə qəzası baş verib, ölənlər var
09:05 24 Fevral 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da ikinci təyyarə qəzası baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Massaçusets ştatında qeydə alınıb.

Mensfild aeroportu ərazisində yüngül mühərrikli "Cessna 172" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Həmçinin bildirilir ki, təyyarə yerə düşən vaxtı partlayıb və yanıb.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, bu, ABŞ-da ikinci təyyarəsi qəzasıdır. Daha əvvəl "Atlas Air" hava şirkətinə məxsus "Boeing 767" yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/karabah/733486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR