Türkiyənin Marmaris şəhərində yaşayan Murad və Saniye Hüsrevoğlu cütlüyünün 4 yaşlı qızları Asya Hüsrevoğlu 30 yanvar tarixində oyun oynayarkən stresi aradan qaldırmaq üçün istifadə olunan maqnit toplarını udub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, uşağın valideynləri qusmağa başlayan qızı təcili xəstəxanaya çatdırıb. Müayinə zamanı Asyanın bağısaqlarında 13 maqnit topu aşkar olunub. Maqnitlərin qızın bağırsaqlarında yer dəyişdirməməsi səbəbilə təcili əməliyyat qərarı alınıb. maqnitlərin uşağın incə bağırsaqları 4 yerdən, qalın bağırsağı isə 1 yerdən dəldiyi müəyyən olunub. 2 fevral tarixində həyata keçirilən 3 saatlıq əməliyyat zamanı uşağın bağırsağındakı 13 maqnit çıxarılıb. Əməliyyatdan sonra ciddi həkim nəzarətində saxlanılan uşaq 11 fevralda evə buuraxılıb.

Həkim 2009-cu ildən etibarən belə halların tez-tez baş verdiyini, bu oyuncaqların uşaqlarda mədə və bağırsaq zədələri yaratdığını, hətta ölümlərlə nəticələndiyini bildirib.

http://metbuat-az.com/news/1135431/telefonun-ekran...