Elmar Məmmədyarov Şimali Makedoniya XİN başçısının müavini ilə görüşüb

Elmar Məmmədyarov Şimali Makedoniya XİN başçısının müavini ilə görüşüb
18:27 26 Fevral 2019
134 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfəri çərçivəsində Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşüb.
XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi aparıblar. Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildiriblər.
Görüş zamanı habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-simali-makedoniya-xi-n-bascisinin-muavini-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR