Azərbaycanda dəhşət yaşandı

Azərbaycanda dəhşət yaşandı
15:11 14 Yanvar 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.

Yanğın zamanı ev sahibinin qızı 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR