Bakıda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla "Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev arasında ikitərəfli görüş keçirilib.

QSC-dən Milli.Az-a verilən məlumata görə, giriş sözü ilə çıxış edən sədr C.Qurbanov, Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə Azərbaycan və Qazaxstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.

"Qazaxstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin sədri S.Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığln gələcək perspektivləri haqqında danışıb.

Milli.Az