Çirkin hesab etdiyi pişiyinə estetik

Çində yaşayan bir qadının çirkin hesab etdiyi pişiyini estetik əməliyyat etdirməsi tənqidlərə məruz qalmasına səbəb olub.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, pişik sahibinin estetik əməliyyatlar üçün 1.100 sterlinq xərclədiyi bildirilib. Adı açıqlanmayan qadın gözlərinin formasını bəyənmədiyi üçün əməliyyatla pişiyin gözlərinin formasını dəyişib. Əməliyyatla göz qapaqları götürülən pişiyin üzünün tükləri qırxılıb.

Əməliyyatdan sonra yayımlanan fotolarda heyvanın gözlərinin ətrafının qıpqırmızı olduğu görülür.

Əməliyyatın bütün detalları Çinin beynəlxalq kanalında yayımlanıb. Sosial media istifadəçiləri isə qadının heyvana işgəncə etməsi səbəbilə həbs olunmasını tələb edib.

0_CEBP_MDG_270219Cat_7991JPG

https://metbuat.az/news/1136933/800-illik-esger-mu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR