ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda çoxluğu təmin edib. Partiya Nümayəndələr Palatasında da üstünlük qazanmağa yaxındır.
Metbuat.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, indiyədək demokratlar Senatda 52, respublikaçılar isə 40 mandat əldə ediblər.
Məlumata əsasən, Texas, Kanzas və Cənubi Karolinada da demokrat namizədlər senator seçiliblər.
“The New York Times”ın proqnozuna görə, demokratların Senata nəzarəti ələ keçirməsi ehtimalı 95 faizdən çoxdur.
“Associated Press”in ilkin məlumatlarında isə Senatda demokratların 46, respublikaçıların 37 yer qazandığı bildirilir.
Nümayəndələr Palatasına seçkilərdə də demokratlar öndədir. İlkin hesablamalara görə, partiyanın namizədləri 127, respublikaçılar isə 73 mandat əldə ediblər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün 435 üzvü, Senatın isə 35 üzvü seçilir. Eyni zamanda 36 ştatda qubernator seçkiləri keçirilir.