Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsi 129,3 milyon dollar təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, illik müqayisədə 27% azdır.

Bu dövrdə ölkədən Türkmənistana ixrac 64,1 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 65,1 milyon dollar olub.