Çində bir uşaq evdə yalnız qaldığı zaman evin balkonundan çölə çıxmaq istəyərkən başı dəmirlərə sıxışıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, hadisəni görənlər polisə və səhiyyə işçilərinə xəbər edib. Binanın 4-cü mərtəbəsində sıxışaraq qalan uşağın yıxılma ehtimalına qarşı insanlar aşağıda bir örtük açıb. Xilasetmə işçilərinin gəlməsini gözləməyən bina sakinləri evin qapısını qıraraq içəri girib. Uşağı xilas edən bina sakinləri uşağı səhiyyə işçilərinə təslim edib.
Uşağı görüntüləri ətrafdakılar tərəfindən çəkilib.