Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərində keçirilən 35-ci qış Avropa çempionatında qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, idmançımız üç təkanla tullanma yarışında birincilik əldə edib. 22 yaşlı atlet finalda 17,29 metr məsafəyə tullanaraq şəxsi rekordunu yeniləyib.

Qeyd edək ki, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.


Günün qoroskopu - Axşam saatlarında qonaq getməyin - Oxumaq üçün tıkla