"YOUTUBE" buna qadağa qoydu -

Dünyanın məşhur video paylaşım platforması "Youtube" yeni qadağa qoyub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, "Youtube" içərisində uşaqların da olduğu videolardakı mənfi rəylərin qarşısını almaq üçün şərh bölməsini bağlayacaq. Şirkətin sözügedən qadağa ilə bağlı keçən həftə qərar verdiyi məlum olub.

"Youtube"un baş meneceri Susan Vojkikki tvitter hesabında "Bizə görə heç bir şey platformada gənc insanların təhlükəsizliyini təmin etməkdən daha vacib deyil"- sözlərini paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR