Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək.

Bunu Qəzvin-Rəşt dəmir yolunun açılış mərasimində iştirakı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

C.Qurbanovun sözlərinə görə, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına çalışır.

İndiyədək Astara-Astara dəmir yolu vasitəsi ilə 270 min tondan çox yükün daşındığını deyən QSC sədri əlavə edib ki, ötən iki ayda Astara-Astara dəmiryolu ilə yüklərin daşınmasında diqqəti cəlb edən artım olub:

“İki ölkə prezidentləri iqtisadi münasibətlərin və dəmir yolu əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verirlər”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin