Müğənni Samir Cavadzadə Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" proqramında şəxsi həyatından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı şou-biznes aləmindən sevgililərinin olduğunu deyib:

"Şou-biznesdən iki müxtəlif insanla ayrı-ayrı vaxtlarda sevgili olmuşam".

O, bir ildir sevgilisinin olduğunu bildirib:

"Bir ildən çoxdur həyatımda biri var. Onunla evlənə də bilərəm".

Xəyanəti bağışlamadığını deyən ifaçı onun üçün sevgi münasibətlərində hörmətin əsas rol oynadığını deyib:

"Sevgilimlə bir-birimizə hörmət edirik. Mənim üçün ilk növbədə budur. İnsan bir çox hisslərini səninlə sevişəndə büruzə verir. Çünki qarşındakını hiss edirsən. Bu, əslində, istilikdir".

Milli.Az