Ötən il Bakıda 4772 boşanma qeydə alınıb

Ötən il Bakıda 15056 nikah və 4772 boşanma halı qeydə alınıb.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nikahların sayına görə Binəqədi rayonu birincidir – 1865 nikah.

Boşanmaların sayına görə isə Yasamal rayonu (644) digər rayonları qabaqlayıb. Ən az nikah və boşanma halları Pirallahı rayonunda qeydə alınıb. Belə ki, həmin rayonda 126 cütlük nikaha daxil olub, 32-si isə boşanıb.

Ümumiyyətlə, Bakıda əhalinin hər 1000 nəfərinə təbii artım 7,3, doğulanlar 13,1, ölənlər 5,8, nikahlar 6,6, boşanmalar isə 2,1 təşkil edib.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR