Xəbər lentlərində kifayət qədər sarsıdıcı xəbərlərə rast gəlmək mümkündür. Amma dünyada yaxşılığa doğru dəyişən hadisələr də var. Bunlardan bir neçəsini oxuculara təqdim edirik.
Yoxsulluqla mübarizə
Milli.Az islam.az-a istinadən bildirir ki, BMT-nin inkişaf proqramının yaydığı hesabatda bildirilir ki, 2005-ci il ilə müqayisədə Hindistanda yoxsulluq səviyyəsi 2 dəfə azalıb. Cari dövr ərzində 270 milyon insan yoxsulluqdan qurtulub.
2012-ci ildən isə Çinin 70 milyon kənd əhalisi kasıblığın daşını atıb.
Yeni təmiz elektrik enerjisi mənbələri
2018-ci ilin əvvəli üçün Çilidə elektrik enerjisinin dəyəri 75% azalıb. Buna səbəb isə ekoloji cəhətdən təmiz enerji mənbələrinin 4 dəfə artmasıdır.
Dünya okeanının mühafizəsi

2018-ci ildə Çilidə ölkəyə aid sahil zolağının mühafizəsi haqqında qanun qəbul edilib, beləliklə də dəniz qoruqlarının ərazisi 4,3%-dən 42,4%-ə qədər artırılıb.
Elektrikləşmə
Beynəlxalq Energetika Agentliyinin məlumatına əsasən, 2017-ci ildə 120 milyon insan elektrik enerjisi ilə təmin olunub. Bu, ötən dövr ərzində ən yüksək göstəricidir. Bununla belə, dünyada təqribən 1 milyard insan elektrik enerjisindən məhrumdur.
Plastik zibillə mübarizə
Avstraliyanın "National Retail Association" təşkilatının hesabatına əsasən, 2018-ci ilin iyulundan dekabrına qədər ölkədə plastik paketlərdən istifadə 80% azalıb. Buna səbəb isə aparıcı supermarketlərin plastik qablardan imtinasıdır.

Okeandan yığılan plastikdən Hindistanda 100 min kilometr yol salınıb (2017-ci ilin hesabatı).
İntiharların sayı azalıb
1994-cü ildən etibarən dünyada intiharların sayı 38% azalıb. Bu isə 4 milyon insan həyatı deməkdir.
Sülh uğrunda mübarizə

Efiopiyanın ən gənc baş naziri Abiy Əhməd Əli vəzifəsinin icrasına 2018-ci il aprelin 1-dən başlayıb. Hakimiyyətdə olduğu ilk 100 gün ərzində o, 20 il Eritreya ilə davam edən müharibəyə son qoyub və həbsxanalardan 8 min məhbusu azad edib.
Milli.Az