Futbol üzrə Azərbaycan I divizionunda XVIII turun oyunlarına start verilib.
Metbuat.az xəbər verir ki, divizionun lideri MOİK hesabat turunda ən yaxın rəqibi "Sumqayıt-2" ilə səfərdə qarşılaşıb.
"Kapital Bank Arena"da keçirilən oyunda MOİK əzmkarlıq nümayiş etdirərək son dəqiqələrdə qələbə qolunu vurub. İlk hissəsində qol olmayan görüşdə hesabı cinah asmasını başla dəqiq qapayan İbrahim Qədirzadə açıb. Qapıçının kobud səhvindən sonra "Sumqayıt -2" hesabı bərabərləşdirsə də, Ordu Klubunun üzvləri yüksək əzmkarlıq nümayiş etdirib.
Oyunun sonuna 3 dəqiqə qalmış divizionun bombardiri Raul Yaqubzadə cari mövsümdə 15-ci qolunu penaltidən vurub. Bununla ikinci dövrədəki qələbə seriyasını 5 oyuna çatdıran "hərbçilər" ən yaxın rəqibi ilə aradakı xal fərqini 4 xala çatdırıb.
Hazırda Azər Bağırovun yetirmələri 18 turdan sonra 44 xalla turnir cədvəlinə inamla başçılıq edir.
"Sumqayıt-2" - MOİK 1:2 Qollar: Elvin Nəsibov, 76 - İbrahim Qədirzadə, 54. Raul Yaqubzadə, 87-p. MOİK növbəti oyununu martın 13-də "Səbail-2"yə qarşı keçirəcək.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Qarğalar ölmüş dostları üçün GÖRÜN NƏ EDİRLƏR - Oxumaq üçün tıkla