Honkonqda kiçik müəssisələrin mənfəət vergisi 10 faiz səviyyəsinə salına bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kiçik müəssisələrin 2 milyon Honkonq dolları (255.640 ABŞ dolları) həcmində ilkin mənfəətinin 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunması, mənfəətin qalan hissəsindən isə verginin 16,5 faiz dərəcəsi ilə tutulması planlaşdırılır.
Bu plan kiçik biznesin vergi yükünün azaldılması, bu sahənin inkişafının stimullaşdırılması məqsədini daşıyır. Hesablamalara əsasən, vergi güzəştlərinin ümumi məbləği 5 milyard Honkonq dollarına (639,1 milyon ABŞ dolları) çatacaq.
Milli.Az