Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq “Niva” markalı avtomobilini paytaxt İrəvanın meriya binası önündə yandırmağa cəhd edib.
Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, narazı vətəndaş avtomobilini meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının qarşısında saxlayıb və uzun müddət orada dayanıb. Daha sonra avtomobilinə benzin tökərək yandırmağa çalışsa da bu, mümkünsüz olub. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb edilib.
Məlum olub ki, vətəndaşın narazılığına səbəb İrəvan meriyasının onun mağazasını sökmək istəməsədir.