Amerikanın Vermont əyalətində təxminən 2500 nəfərlik nüfuzu olan qəsəbənin "fəxri bələdiyyə başçısı" keçi seçilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, "Lincoln" adlı keçi bir il müddətində qəsəbənin əhəmiyyətli günlərində və tədbirlərində çıxış edəcək.

Qəsəbənin idarə edicisi Coe Gunter yerli mətbuata etdiyi açıqlamada qəsəbənin bələdiyyə başçısı olmadığını və bu səbəblə seçki keçirdərək bir heyvanı bələdiyyə başçısı olaraq seçməyə qərar verdiyini bildirib.

Heyvanlar arasındakı yarışmanın yardım toplamaq üçün də yaxşı bir fikir olduğunu bildirən Gunter seçimdə yer alan 16 heyvanın hər biri üçün 5 dollar iştirak payı alındığını qeyd edib.

3 yaşlı "Lincoln" adlı keçi istifadə olunan 53 səsdən 13-nü alaraq qəsəbənin fəxri bələdiyyə başçısı seçilib.

https://metbuat.az/news/1142861