Bakı. Trend:

Latviyanın paytaxtı Riqada beşmərəbəli yataqxanada yanğın baş verib.

Trend-in Latviyanın dövlət yanğın-xilasetmə xidmətinə istinadən verdiyi məlumata görə, İlqyutsiyems mikrorayonunda yerləşən yataqxanada baş verən yanğın nəticəsində 9 nəfər xəsarət alıb. Onlara tibbi yardım göstərilib.

Bildirilir ki, xilasedicilər 37 nəfəri xilas ediblər, 47 nəfər isə təxliyə edilib. Yanğının səbəbi araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin