Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib -

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.

Metbuat.az xəbər verir ki, innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsil tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. bu kimi məsələlər iclasın gündəliyinə daxil edilib.

İclasda Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Rahim Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev , Səhiyyə Nazirliyinin “Tibbi Yardımın Təşkili” şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövuzlara dair çəruzələrlə çıxış ediblər.

Oqtay Seyidbəyovun sədrliyi ilə keçən iclasda innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası Elmi-Tibbi Şura tərəfindən müsbət qiymətləndirilib.

Eləcə də İctimai Səhiyyə və İslahat Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.

ATU-nun nümayəndə heyəti Tehran şəhərində rəsmi səfərdə olub - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR