Avstriya hava məkanını “Boeing 737 Max 8” təyyarələri üçün bağlayıb

Avstriya hava məkanını “Boeing 737 Max 8” təyyarələri üçün bağlayıb
22:17 12 Mart 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Efiopiyada baş verən təyyarə qəzası dünyanın aparıcı təyyarə istehsalçılarından olan "Boeing" şirkətini çətin vəziyyətə salıb. Hazırda dünyanın bir sıra ölkələri və aviaşirkətləri "Boeing 737 Max 8" tipli təyyarələrin istifadəsini dayandırıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bir sıra Avropa ölkələri kimi, Avstriya da "Boeing 737 Max 8" tipli təyyarələrin bu ölkənin hava məkanına daxil olmasını qadağan edib. Avstriya Nəqliyyat Nazirliyinin qərarına əsasən, qərar martın 12-dən 13-nə keçən gecədən etibarən qüvvəyə minir.

Hazırda Avropada Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland və Böyük Britaniya hava məkanını bu tip təyyarələr üçün bağlı elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR