Təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar
aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib
və qoşunlara tapşırıqlar verilib.
Publika.az-a Müdafiə Nazirliyindən verilən
məlumata görə, səhra şəraitində ərazidə yaradılmış təlimin komanda
idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov
qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları,
silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də
tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə
bağlı müvafiq göstərişlər verib.