RMDM-də yanğın təhlükəsizliyi təlimi keçirilib -

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) yanğın hadisəsi zamanı pasiyentlərin, o cümlədən işçi heyətin xilas olunması və yanğının söndürülməsi üzrə təlim keçirilib.

Metbuat.az xəbər verir ki, təlimdə baş verə biləcək yanğınlar zamanı işçi heyətin Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə ekstremal vəziyyətdə işçi heyətin hərəkət qaydaları izah edilib, əyani olaraq yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.

Hər zaman əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunmasına çalışan RMDM-də analoji təlimlər mütəmadi olaraq keçirilir.

Azərbaycanda 6 minə yaxın uşaq autizm xəstəliyindən əziyyət çəkir - SƏHİYYƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR