Dünya onun haqqında danışır!

İdmanı buraxdığını deyən məşhur güləşçi Mark Henry hər kəsi heyrətləndirən bir qərar verib.

Metbuat.az xarici mediayaya istinadla bildirir ki, Mark Henry öldükdə beynini elmi araşdırmalarda istifadə edilmədi üçün bağışladığını bildirib.

Bir zamanlar “dünyanın ən güclü adamı”adına sahib olan Henry açıqlamasında beyninin xroniki travmatik ensefalopati olaraq adlanan xəstəliyin araşdırılması üçün istifadə olunmasını istəyib.

Elm adamları beyinin ölümün dərhal ardınca incələnməsinin ən əlverişli yol olduğunu düşünür.

İnsanların orqanlarının tibbi və araşdırma məqsədilə bağışlanmasının əhəmiyyətli olduğunu deyən güləşçi “beynimi beyin bankına bağışladım və araşdırmadan yaxşı bir nəticə çıxmasını ümid edirəm”deyə bildirib.

Mark Henry 12 yanvar 2018-ci ildə 22 illik kariyerasına son vermişdi.

https://metbuat.az/news/1146558/bir-bu-qalmisdi-ki...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR