Pilotlar qəzaya uğramış təyyarələrlə bağlı dəhşətli etiraflar etdi -

Son 5 ay ərzində iki dəfə qəzaya uğramaqla gündəmə gələn “Boeing 737 MAX 8” tipli sərnişin təyyarələrinin pilotları dəhşətli etiraflar edib.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, adını açıqlanmasını istəməyən pilotlardan biri laynerin radar sisteminin və proqramının lazımi səviyyədə olmadığını iddia edib. Onun sözlərinə görə, pilotlara bu laynerin özəllikləri barədə tam təlim keçmədən onlara təyyarəni idarə etmək hüququ verilir.

Digər pilot isə bildirib ki,xoşagəlməz hadisələr zamanı laynerin avtomatik idarəetmə sistemi qoşulduqda nəqliyyat vasitəsi aşağı doğru istiqamət alır. Xatırladaq ki, 5 ay əvvəl “Boeing 737 MAX 8”təyyarəsinin İndoneziyada qəzaya uğraması nəticəsində 189, 4 gün əvvəl Efiopiyada qəzaya uğraması nəticəsində isə 157 sərnişin həyatını itirib. Sonuncu hadisədən sonra bir çox hava şirkəti bu laynerlərdən imtina edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR