"Boeing" 737 MAX modelli təyyarələrin tədarükünü dayandırır

"Boeing" 737 MAX modelli təyyarələrin tədarükünü dayandırır
07:22 15 Mart 2019
62 Dünya
Ölkə mətbuatı
A- A+

"Boeing" şirkəti Efiopiyada "737 MAX" modelli təyyarənin qəzaya uğraması səbəbindən bu model təyyarələrin tədarükünü dayandırır.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu qərar ABŞ Federal Aviasiya İdarəsinin "Boeing 737 MAX" laynerlərinin ölkənin hava məkanında uçuşunun dayandırlması barədə bəyanatından sonra qəbul edilib.

Qeyd edək kli, "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi martın 10-u Efiopiyada qəzaya uğrayıb. Qəza nəticəsində 157 nəfər həlak olub. 2018-ci ilin oktyabr ayında İndoneziyada eyni model təyyarə qəzaya uğrayıb və 189 nəfər həlak olubş. Efiopiyadakı qəzadan sonra dünyanın bir çox ölkəsi "Boeing 737 MAX" təyyarələrindən istifadəni dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR