Gözdən əlillər də smartfonda şəkillərə baxacaq

Gözdən əlillər də smartfonda şəkillərə baxacaq
08:42 16 Mart 2019
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası "Seeing AI" mobil proqramının yeni versiyasını təqdim edib. Sözügedən proqram kompüter görmə texnologiyasının köməyi ilə gözdən əlil və zəif görən insanlara smartfon və ya kompüterdə şəkillərə "baxmağa" imkan verəcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil proqramı işə salmaq üçün istifadəçi ekrandakı təsvirə toxunuş etməlidir. Kompüter görmə sistemi təsvirin detallarını tanıyaraq onları dinamik və ya qulaqlıqlar vasitəsilə səsləndirir.
 
13 martdan etibarən "Seeing AI" proqramı "iOS" əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğularda əlçatandır. Mobil tətbiq pulsuzdur, "App Store" və "Google Play" mağazalarında əlçatandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR