“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı - FOTO

“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı - FOTO
09:52 18 Mart 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Efiopiya hava yolları şirkətinə aid təyyarənin qara qutusundan hasil olunmuş məlumatlar Oktyabr ayında baş vermiş hava qəzası ilə açıq-aşkar oxşarlıqların olduğunu göstərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Efiopiyanın nəqliyyat naziri Daqmavit Moqes jurnalistlərə verdiyi açıqlamada bildirib.

Qəzaya uğrayan hər iki sərnişin təyyarəsi "Boeing 737 Max 8" modelindən olub.

Efiopiyalı nazirin sözlərinə görə , araşdırma zaman "302" (Efiopiya hava yolları) və "610" ("Lion Air" hava yolları şirkəti) saylı aviareys qəzaları arasındakı oxşarlıqların daha təfsilatlı şəkildə tədqiq olunacağını bildirib.

Təyyarənin uçuşuna dair qara qutuda olan məlumatlar, qəza ərəfəsində təyyarənin uçuş yüksəkliyi rejimini tez-tez dəyişdiyini, avialaynerin qalxıb-düşdüyünü göstərib.

"Boeing" şirkətinin icraçı direktoru Denni Muilenburq şirkətin aparılan təhqiqata hər cür dəstək olduqlarını bildirib.

Verdiyi bəyanatda təyyarənin uçuş nəzarət sistemində qüsurlu sensorların ötürdüyü məlumatlarla əlaqədar  ortaya çıxan bu "davranışın" aradan qaldırılması üçün 737 Max modellərində proqram təminatının yenilənəcəyini vəd edib.

Ötən bazar "Efipopiya hava yolları şirkətinə aid təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. 2018-ci ilin oktyabr ayında isə "Lio Air" hava yollarına şirkətinə adi  avialaynerin yerə çırpılması nəticəsində 189 nəfər həlak olmuşdu.

Təyyarələrin uçuş yüksəkliklərində baş verən kortəbii dəyişikliklər aşağıdakı diaqramlarda əks olunub:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/739862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR