Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb
10:37 18 Mart 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda soyğunçuluq törətməkdə şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Şamaxı rayon sakini V.Ağakişiyev M.Həsənov küçəsində naməlum şəxsin onun “VAZ-2104” markalı avtomobilindən 100 manatını götürüb qaçdığını bildirib.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Kazımov olduğu müəyyən edilib.
Araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-soygunculuq-toretmekde-subheli-bilinen-kecmis-mehkum-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR