Əfran İsmayılov Türkiyədə əməliyyat olundu - FOTO

Əfran İsmayılov Türkiyədə əməliyyat olundu - FOTO
12:18 19 Mart 2019
40 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt"ın futbolçusu Əfran İsmayılov Türkiyənin paytaxtı Ankarada əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti informasiya yayıb.

İsmayılovun "Acıbadem" klinikasında Türkiyənin məşhur həkimi Mehmet Binnet tərəfindən aparılan əməliyyatı uğurlu keçib.

İlkin məlumata əsasən, 31 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Ə.İsmaylov Premyer Liqanın XXI turunda "Sabah"la səfərdə baş tutan matçda sağ ayağında problem yarandığı üçün əvəzlənib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/273157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR